Xəbərlər 15.04.2025 14:19 88

Google sizə delfinlərlə ünsiyyət qurmağa imkan verəcək neyroşəbəkə tərcüməçisi yaradıb - VİDEO

Tərcüməçini birbaşa smartfonunuzda işə sala bilərsiniz.

QHT.az xəbər verir ki, Google DeepMind tədqiqatçıları delfin səslərini anlamağa və cavab verməyə imkan verən süni intellekt modeli — DolphinGemma-nı təqdim ediblər. Model delfinlərin klik, fit və xırıltı səsləri üzərində təlim alıb. Baham adalarında 35 ildir fəaliyyət göstərən Wild Dolphin Project-in məlumatları bu prosesdə əsas rol oynayıb. Tədqiqatçılar Pixel smartfonu və xüsusi korpus vasitəsilə delfin səslərini qeyd edir, onları təhlil edir və cavab səsləri yaradır. Məqsəd – delfinlərlə insanlar arasında ikitərəfli ünsiyyəti mümkün edən ümumi bir "lüğət" yaratmaqdır. Tərcüməçi smartfonlarda işləyə biləcək, lakin dəqiq buraxılış tarixi hələ açıqlanmayıb.

Bu araşdırma həm də AI sistemlərinin insan beyninə bənzər şəkildə inkişaf etdiyini göstərən yeni sübutlarla üst-üstə düşür.

 

R.İmanov

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı