Xəbərlər 08.04.2025 12:25 203

Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində ARAŞDIRMA / FOTOLAR

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində  “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi “ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsinin məqsədi tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində dövlət siyasətinin qiymətləndirilməsi və təşviq edilməsi,  mədəniyyət müəssisələrində tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması ilə bağlı vəziyyətin qiymətləndirilməsi və bu sahədə ehtiyacların və perspektivlərin araşdırılması idi.

QHT.az xəbər verir ki, bu məqsədə nail omaq üçün 26 fevral - 7 mart 2025-ci il tarixlərində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri arasında sorğu keçirilmişdir.

Sorğuda Milli Azərbaycan Tarix Muzeyi‎nin Eksponatların Qorunması və Qeydiyyatı üzrə direktor müavini Məhfuzə Zeynalova, Azərbaycan Milli Kitabxanasının Elmi İşlər və Kitabxana-İnformasiya Xidməti üzrə direktor müavini Ədibə İsmayılova, AMEA Əlyazmalar İnstitutunun Elektron Resurslar Şöbəsinin əməkdaşı Sevinc Həzrətquliyeva, Azərbaycan Milli Xalça Muzeyinin Elmi-tədqiqat üzrə baş mütəxəssisi Dürdanə Qədirova, AMEA Arxeologiya və Etnoqrafiya Muzeyinin kiçik elmi işçisı Vüsalə Beydullazadə, Milli Arxiv İdarəsinin Arxiv Sənədlərinin Nəşri, İstifadəsi və İnformasiya Təminatı Şöbəsinin müdiri Natiq Eminov, Azərbaycan Milli İncəsənət Muzeyinin Eksponatların Qorunması və Qeydiyyatı üzrə direktor müavini Vəfa Aslanova və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin İnformasiya Proqramları Şöbəsinin müdiri Nigar Xankişiyeva iştirak etmişdir. Müvafiq dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət Turizm Agentliyi və Qoruqları İdarəetmə Mərkəzinin rəqəmsallaşma ilə bağlı fəaliyyətlərinin araşdırılması isə İnternet üzərindən aparılmışdır.  

Araşdırmanın nəticələrinə görə, Azərbaycanda tarixi-mədəni irsin rəqəmsallaşdırılması müvafiq qanunvericilik sənədləri, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunları, dövlət proqramları, milli strategiyalar, inkişaf konsepsiyaları və mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması  qaydaları ilə tənzimlənir.

Müəssisələr rəqəmsallaşma prosesinə strateji yanaşırlar, yəni bu sahədə fəaliyyətlər planlaşdırılmış şəkildə icra olunur. AMEA Əlyazmalar İnstitutu və Milli Arxiv İdarəsində həm kağız, həm də elektron daşıyıcılarda rəqəmsallaşmaya dair xüsusi tədbirlər planı var. Digər təşkilatlarda rəqəmsallaşma fəaliyyətləri Azərbaycan Republikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilən fəaliyyət planı əsasında həyata keçirilir.

Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Kitabxanası, AMEA Əlyazmalar İnstitutu, Milli Xalça Muzeyi və Milli Arxiv İdarəsində tarixi və mədəni irsin rəqəmsallaşdırılması prosesi həyata keçirilib. Digər muzeylərdə proses başlayıb və davam etdirilir. Qeyd edək ki, yalnız Azərbaycan Milli Kitabxanasının rəqəmsal kolleksiyaları İnternetdə əlçatandır, digər müəssisələrdə rəqəmsallaşdırılmış kolleksiyalar tam əlçatan deyil və yalnız daxili istifadə üçündür. Milli Arxiv İdarəsinin fəaliyyəti spesifik olduğu üçün rəqəmsal qeydlərə giriş müvafiq qanunvericiliyə uyğun tənzimlənir.

Rəqəmsal fəaliyyətlər əsasən veb-sayt, sosial media (Instagram, Youtube, Facebook və s.) və vikipediya kimi kanallar vasitəsilə əlçatandır. Sorğuda iştirak edən  müəssisələrin əksəriyyətində tarixi-mədəni irsin rəqəmsallaşdırılması üçün əsasən wifi, elektron məlumat bazası, interaktiv funksiyalar və QR-kodlar kimi rəqəmsal vasitələrdən istifadə edilir. Azərbaycan Milli Xalça  və Azərbaycan Milli İncəsənət Muzeylərində isə beynəlxalq təcrübədə istifadə edilən bir sıra rəqəmsal vasitələr, o cümlədən elektron bələdçi, virtual reallıq, 2D Skanner və s. mövcuddur. Hazırda 3D texnologiyasının tətbiq edilməsi də planlaşdırılır.

Mədəniyyət müəssisələrinin rəqəmsallaşma ilə bağlı əsas çətinlikləri müasir texnologiyaların və bu sahədə peşəkar kadrların olmaması və ya çatışmazlığı, maddi resursların kifayət etməməsidir. Yalnız Azərbaycan Milli Kitabxanası üçün bu sahədə heç bir çətinlik yoxdur.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dövlət Turizm Agentliyi və Qoruqları İdarəetmə Mərkəzi ölkədə iqtisadi və sosial həyatın rəqəmsallaşdırılması, innovasiya yönümlü layihələrin icrası, rəqəmsal infrastrukturun qurulması və texnoloji müstəqilliyin təmin edilməsinə böyük dəstək


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı