Sabirabad 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Bu gün Sabirabad 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Kürdəmir rayon Peşə Liseyində mediasiyanın təbliği və təşviqi məqsədilə maarifləndirmə tədbiri keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov, rəşkilatın mediatorları Nurağa Güləliyev və Zahir Hüseynov, eyni zamanda peşə liseyinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir boyunca mediasiyanın mübahisələrin alternativ həll üsulu kimi üstünlükləri, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiyada həll edilə bilinəcək predmetlər barədə məlumat verilmiş, istirakçıların sualları cavablandırılmışdır.