Sevda Məhərrəmova Qırğızıstanda Azərbaycan mediasiya təcrübəsini təqdim edib - FOTOLAR
Sevda Məhərrəmova beynəlxalq konfransda Azərbaycan mediasiya təcrübəsi barədə çıxışla Mediasiya Şurasını təmsil edib.
QHT.az xəbər verir ki, bu gün Qırğızıstan Respublikasının Bişkek şəhərində “Mediasiya haqqında” və “Qırğızıstan Respublikasının Qanunvericilik aktlarına mediasiya sahəsində dəyişiklik edilməsi haqqında” qanun layihələrinin müzakirəsi və tövsiyyələrin hazırlanması mövzsuna dair Konfrans masa keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Mediasiya Şurası adından, Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri, Ədliyyə Akademiyasının təlimçisi Sevda Məhərrəmova təmsil edib. Sevda Məhərrəmova “Azərbaycanda dövlət tərəfindən təşviq dəstəkləri verilən mediasiyanın üstünlükləri və müsbət cəhətləri. Azərbaycan təcrübəsi” mövzusunda çıxış edib.
O, Mediasiya Şurası adından Konfrans iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının mediasiya təcrübəsindən, onun üstünlüklərindən, "Medasiya haqqında" Qanundan və mediasiya sahəsində qanunvericilik bazasına edilmiş dəyişikliklərdən bəhs edib. Tədbiri Qırğızıstan Respublikasının Ədliyyə Nazirinin müavini cənab Sıdıkov Orozbek Kadırbekoviç açaraq iştirakçıları salamlayıb. Dəyirmi masada həmçinin Qırğızıstan Respublikasının deputatları, “Qırğızıstan Respublikasının Respublika Mediatorlar İcması” İctimai Təşkilatının İdarə Heyətinin sədri Kərimbekova Anara Kamıtovna, “Qırğızıstan Respublikasının Respublika Mediasiya İcması” İctimai Təşkilatının Müşahidə Şurasının sədri Kojoyarova Gulsina Zholdoshbekovna, Türk Dünyası Arabulucular Birliyinin prezidenti Yakup Erikel, Qazaxıstan Respublikasının Mediasiya Assosiasiyasının baş direktoru Jandildə Jakupov çıxış edərək mövzu barədə fikirlərini, təcrübələrini bölüşüblər.
İki hissədən ibarət olan tədbirin ikinci hissəsi Qırğızıstan Respublikasının bir sıra məcəllələrinə və qanunlarına dəyişiklikləri nəzərdə tutan “Qırğızıstan Respublikasının Qanunvericilik aktlarına mediasiya sahəsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin təqdimatı ilə davam edib.
Pərvanə Fərhadqızı