Ramil İsgəndərli: "Rusiyada azərbaycanlılara qarşı nifrət çağırışları ilə bağlı BMT-yə müraciət etmək olar"
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İsgəndərlinin QHT.az-a açıqlamasında bildirib ki, Rusiyada azərbaycanlılara qarşı nifrət çağırışları edən şəxslərlə bağlı beynəlxalq hüquqi mexanizmlərdən istifadə mümkündür.
“Bu məsələ ilə bağlı Rusiya dövlətinin irqçi ayrı-seçkiliklə bağlı BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyasının icra orqanı olan eyni adlı Komitəyə müraciət etmək olar. Xüsusilə, Rusiyanın rəsmi vəzifəlilərinin, deputatlarının və hakim partiya nümayəndələrinin nifrət zəminində etdiyi çıxışlar vurğulanmalıdır,” – deyə Ramil İsgəndərli bildirib.
O əlavə edib ki, bu istiqamətdə həm Rusiya dövlətinə qarşı şikayət mexanizmlərindən, həm də alternativ hesabatların təqdim edilməsi imkanından istifadə edilə bilər.
“Sonuncu dəfə Komitə 2023-cü ildə Rusiyaya dair Yekun Müşahidələrində, rusiyalı siyasi və ictimai şəxslərin nifrət nitqindən istifadəsi ilə bağlı narahatlığını ifadə etmişdi,” – deyə Forum sədri vurğulayıb.
Pərvanə Fərhadqızı