Xəbərlər 21.01.2025 13:00 170

Sosial şəbəkələr və uşaqlar: Nəzarət necə olmalıdır? QHT sədrindən AÇIQLAMA

Bakının Nizami rayonundakı “Zəngi” liseyində 6-cı sinif şagirdlərinin valideynləri ilə keçirilən iclasda onlayn qoşulan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova çıxış edib. Görüşdə uşaqların emosional və sosial inkişafı, valideyn-müəllim-şagird əməkdaşlığının əhəmiyyəti müzakirə mövzusu olub.

QHT.az xəbər verir ki, Kəmalə Aşumova valideynlərə və müəllimlərə uşaqların dəyərləri mənimsəməsi üçün birgə fəaliyyətlərin vacibliyini vurğulayıb. O, qeyd edib ki, ekskursiyalar, xəstəxanalara və uşaq evlərinə səfərlər, birgə layihələr uşaqların empatiya hissini gücləndirir və cəmiyyətə qayğıkeş fərdlər kimi formalaşmalarına kömək edir.

"Uşaqlarımızla bərabər bu fəaliyyətlərdə iştirak etməli, nəticələri müzakirə etməliyik. Bu, məktəb-müəllim-valideyn üçbucağını gücləndirir," – deyə Kəmalə Aşumova bildirib.

Söhbət zamanı yeniyetməlik dövrünün psixoloji aspektlərinə də toxunulub. QHT sədri vurğulayıb ki, yeniyetmələrlə düzgün ünsiyyət strategiyasının qurulması onların inkişafına müsbət təsir göstərə bilər. "Ailədə valideynlər uşaqlarla dostcasına və rəfiqə münasibətini qoruyub saxlamalıdırlar," – deyə o əlavə edib.

O, həmçinin sosial şəbəkələrin uşaqların həyatında oynadığı rola diqqət çəkərək, valideynlərə nəzarəti mülayim şəkildə həyata keçirməyi tövsiyə edib.

Sonda statistik məlumatlara əsaslanan narahatlıqlar səsləndirilib. 2024-cü il üzrə 30 min ailə qurulmuş, lakin 15 min boşanma qeydə alınıb. Bu rəqəmlər ailə dəyərlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirib. Valideynlər iclasda sinif rəhbəri Gülxanım Zamanovanın tövsiyələri ilə tanış olub və uşaqların tərbiyə və təhsilində daha aktiv rol almağa çağırılıblar.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı