Xəbərlər 17.01.2025 17:47 488

Etibar Həsənzadənin "Şuşa" mahnısı işıq üzü gördü - FOTOLAR/ VİDEO

Prezident təqaüdçüsü, “Qızıl Qələm” Media mükafatı laureatı və Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə Şuşaya həsr olunmuş yeni layihələrini təqdim edib.

QHT.az xəbər verir ki, Etibar Həsənzadənin sözlərinə yazılmış və Mustafa Sarıkayanın bəstələdiyi “Şuşam” mahnısı artıq YouTube-da Etibar SalmanovEtibar Həsənzadə adlı kanallarda dinləyicilərin ixtiyarına verilib. Mahnını Şərif Saka ifa edib, klipin rejissoru isə Uğur Demirbaşdır. Yaxın zamanda bu mahnı bütün dijital platformalarda yayımlanacaq. Eyni zamanda, Etibar Həsənzadə Şuşa ilində hazırladığı “Şuşa – Zəfərin Zirvəsi” adlı 4 hissədən ibarət Ədəbi-Bədii Kompozisiyanı təqdim edib. Bu kompozisiya da müəllifin YouTube kanalında yerləşdirilib. “Şuşam” şeiri və mahnısı sözügedən kompozisiyanın bir hissəsi olaraq təqdim edilir.

Layihə çərçivəsində Etibar Həsənzadə “Qarabağ Azərbaycandır” adlı fərdi təşəbbüsü ilə Şuşanın mədəni dəyərini və tarixi əhəmiyyətini vurğulamağı qarşısına məqsəd qoyub. Şuşanın ruhunu tərənnüm edən bu mahnını və kompozisiyanı dinləyərək, həm Şuşanın, həm də Qarabağın zəngin tarixi və mədəni irsi ilə bağlı unikal duyğular yaşayacaqsınız.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı