Xəbərlər 09.01.2025 19:33 164

 BDU nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin Bakı ofisini ziyarət edib.

QHT.az xəbər verir ki, ziyarətin əsas məqsədi “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin elektronika, İT, süni intellekt və kimya mühəndisliyi istiqamətlərində peşəkar kadr hazırlığında BDU ilə birgə fəaliyyət perspektivlərinin müzakirəsi olub. Görüşdə BDU tələbələrinin “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin süni intellekt laboratoriyasında və istehsalat müəssisələrində təcrübəkeçməsi və işə qəbulu ilə bağlı ilkin razılıq əldə edilib.

Eyni zamanda BDU laboratoriyalarında Pilotsuz Uçuş Aparatlarında (PUA) istifadə olunan müxtəlif texnologiyaların araşdırılması, kompozit materialların istehsalı, ortaq elmi tədqiqatların, təlimlərin, hakaton və yarışmaların təşkili müzakirə edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı