Elm və Təhsil Nazirliyi qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 109-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 652 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 15 layihəyə qrant ayrılıb.
Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə keçid vasitəsilə tanış olmaq mümkündür.
№ |
Layihə Adı |
Büdcəsi |
Təşkilatın Adı |
1 |
Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək |
20,000.00 AZN |
"Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyi |
2 |
İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması |
30,000.00 AZN |
"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasiyası" ictimai birliyi |
3 |
Birlikdən biliyə |
28,500.00 AZN |
"Azərbaycanlı Tələbələr və Məzunlar Platforması" ictimai birliyi |
4 |
Ekoloji maarifləndirmə və dayanıqlı inkişaf: Məktəblilər üçün yaşıl gələcək təşəbbüsü |
48,000.00 AZN |
"Bir Könüllü" tələbələrin əməkdaşlığı ictimai birliyi |
5 |
Tariximizin İşığında - Qərbi Azərbaycanın izi ilə |
25,500.00 AZN |
"Dədə Ələsgər Ocağı" ictimai birliyi |
6 |
Müasir çağırışların carçısı - peşə təhsili |
11,000.00 AZN |
"Gələcəyə Körpü" Gənclər ictimai birliyi |
7 |
“Qarabağ işığı: Qarabağlı Müəllimin Qayıdışı” filmi |
19,000.00 AZN |
"Gənclərin Maarifləndirilməsinə Kömək" ictimai birliyi |
8 |
"Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu |
18,000.00 AZN |
"Gilavar Foto Klubu" ictimai birliyi |
9 |
Gənclərin Peşə Bələdçisi |
26,000.00 AZN |
"İrəli" ictimai birliyi |
10 |
Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi |
26,500.00 AZN |
"Müasir Psixoloji Dəstək" ictimai birliyi |
11 |
Məktəblərdə "Yaşıl könüllülük" proqramının icrası |
30,000.00 AZN |
"Regional İnkişaf" ictimai birliyi |
12 |
Gənc müəllimlərin “Qərbi Azərbaycan irsi: tarixin izi ilə” Forumu |
48,000.00 AZN |
"Azərbaycan gənc müəllimlər assosiasiyası" ictimai birliyi |
13 |
Uğurlu gələcək üçün etibarlı dəstək |
25,500.00 AZN |
“Azərbaycan Uşaqları” ictimai birliyi |
14 |
Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi |
25,000.00 AZN |
“Təhsilə Dəstək Mərkəzi” ictimai birliyi |
15 |
Məktəblərdə Qərbi Azərbaycanın təbliği |
22,500.00 AZN |
Tərəfsiz Jurnalistlər ictimai birliyi |