Xəbərlər 28.12.2024 15:58 257

Azər Əliyev: "Gənclərin fəaliyyəti MDB Oyunlarında və Qarabağ layihələrində önəmli yer tutacaq"

2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunları çərçivəsində Qazax rayonunda sambo yarışlarının təşkili nəzərdə tutulub. Bu tədbirdə gənclərin fəal iştirakı xüsusi önəm daşıyacaq.

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev QHT.az-a bildirib ki, yarışlar zamanı aktiv gənclərin könüllü fəaliyyətinin təşkil edilməsi və sağlam həyat tərzinin təbliği birliyin əsas hədəflərindən biridir.

Bununla yanaşı, 2025-ci il üçün Qarabağda gənclərin asudə vaxtlarının səmərəli təşkili və məşğulluq məsələləri üzrə dəstək layihələrində də iştirak planlaşdırılıb. Bu layihələr, həmçinin bölgənin inkişafına və gənclərin potensialının artırılmasına töhfə verəcək.

Azər Əliyev qeyd edib ki, bu təşəbbüslər gənclərin sosial fəaliyyətlərə cəlb olunmasına və idmanla yanaşı, onların inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı