Xəbərlər 09.12.2024 13:01 176

Azərbaycanın Milli Qəhrəmanı - Rizvan Teymurovun anım günüdür

Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan Rizvan Teymurov 1991-ci ilin 9 dekabr tarixində Kərkicahan ətrafında gedən qanlı döyüşlər zamanı isə Rizvan Teymurov qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində anadan olub. 1985-ci ildə hərbi xidmətə yollanıb, 1987-ci ildən etibarən isə Arxangelsk vilayətində yaşamağa başlayıb. Lakin Qarabağda baş verən hadisələri görən Rizvan Vətənini qorumaq üçün 1990-cı ildə Azərbaycana qayıdıb və Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına qatılıb. Rizvan Teymurovun da tərkibində olduğu bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarının məhv edilməsində xüsusi şücaət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı