Su və işıqdan yanacaq: yaponlar yeni texnologiya göstərdilər
Yapon alimləri sudan hidrogen yanacağı istehsalında yeni texnologiya təkmilləşdirib.
QHT.az xəbər verir ki, Yaponiyanın Şinşu Universitetindən olan alimlər günəş işığından və sudan hidrogen yanacağı istehsalı texnologiyasını təkmilləşdirib. Onlar bu məqsədlə 100 kvadratmetrlik fotokatalitik reaktor qurublar. Bu reaktor su molekullarını hidrogen və oksigen atomlarına ayıraraq təmiz hidrogen əldə edir.
Professor Kazunari Domenin rəhbərliyi ilə aparılan araşdırmada vurğulanır ki, günəş işığını kimyəvi enerjiyə çevirən texnologiyaların inkişafı mühüm addımdır. Mövcud katalizatorların səmərəsizliyini aradan qaldırmaq üçün alimlər iki mərhələli fotokatalizator üzərində çalışırlar. Lakin reaksiya effektivliyi süni işıqda 1%, təbii günəş işığında isə 5%-dən azdır, bu da kommersiya istifadəsi üçün hələ kifayət deyil.
Yeni texnologiyanın inkişafı hidrogenin bərpa olunan yanacaq kimi istifadəsini genişləndirə bilər.
R.İmanov