"Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlığı gücləndirilir"- Zaur İbrahimli
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib ki, Azərbaycan və Özbəkistan arasında QHT-lərin əməkdaşlığını gücləndirmək məqsədilə Forum işə başlayıb. Forum çərçivəsində hər iki ölkə üçün aktual və vacib mövzular, əməkdaşlıq perspektivləri və əldə olunmuş təcrübələr müzakirə olunur.
QHT.az xəbər verir ki, Zaur İbrahimli qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə ölkələrin siyasi rəhbərliyi, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən güclü dəstək verilib:
"Hər iki ölkənin siyasi rəhbərliyi, möhtərəm prezidentlər İlham Əliyev, Şavkat Mirzoyev tərəfindən ikitərəfli əməkdaşlığa güclü impuls verilib. QHT sektorunun ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsində böyük potensialı var. Bu cür müzakirələr potensialdan daha dolğun istifadə etməyə imkan yaradır. Xatırladım ki, ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan QHT-lərinin Milli Assosasiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb. Bu Forumda isə QHT-lər arasında əməkdaşlıq Memorandumları imzalanacaq. Bu QHT-lər arasında əlaqələri daha da gücləndirəcək".
Pərvanə Fərhadqızı