Xəbərlər 05.12.2024 10:45 133

“Qərbi Azərbaycan İrsinin tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda layihə keçirilib - FOTOLAR

Azərbaycanın zəngin mədəni və tarixi irsinin qorunması və tanıdılması məqsədi ilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan İrsinin tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda layihə keçirilib.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Qərbi Azərbaycan ərazisinin tarixi və onun mədəniyyətinin əhəmiyyətini vurğulamaq və bu irsin gələcək nəsillərə ötürülməsində Ümummilli Lider Heydər Əliyevin rolunu nümayiş etdirməkdir. Tədbirdə həm tarixi faktlar təqdim edilmiş, həm də canlı müzakirələr və sərgilər vasitəsilə interaktiv bir mühit yaradılıb.

Bu tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov və Azərbaycan Milli Elmlər Akademiyasının Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov iştirak edərək mövzunun elmi və praktik aspektləri ətrafında fikir mübadiləsi aparıb. 

Sonda iştirakçılarla xatirə fotosu çəkilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı