Xəbərlər 04.11.2024 17:44 974

Xankəndidə təşkil olunan tikişçilik kurslarından bir hissəsi artıq yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarından artıq bir hissəsi başa çatıb.

 

Kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib. Onlardan kursları başa vuran 163 şəxsə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün kurslar davam edir.

 

Kursları bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı