QHT sədri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Abşeron rayonunda ağacəkmə aksiyası baş tutub.
QHT.az xəbər verir ki, aksiyada İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov, qazilər və həssas əhali qruplarından olan digər şəxslər də iştirak ediblər. Tədbir zamanı 50-dən artıq ağac əkilərək ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına töhfə verilib. Tədbir iştirakçıları belə təşəbbüslərin cəmiyyətə ekoloji dəyərləri aşılamaq baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.