Xəbərlər 31.10.2024 10:50 997

QHT-dən ailələrə dəstək: “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə / FOTOLAR

“Leykemiya ilə mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Leykemiya xəstəsi olan ailələrlə iş” adlı layihə həyata keçirdi. Layihə 01 avqust 2024-cü il tarixindən 31 oktyabr 2024-cü ilə qədər davam edib. Layihə çərçivəsində Leykemiyalı xəstələrin ailə üzvləri ilə görüşlər keçirilib və hüquqi yardımlar göstərilib.

QHT.az xəbər verir ki, bu barədə “Leykemiya ilə mübarizə” İctimai Birliyinin rəhbəri Mehriban Bağırova mlumat verib. Onun sözlərinə görə, leykemiya - qan yaradıcı sisteminin şiş xəstəliyidir, el arasında “ağ qan qırmızı qanı yeyən” xəstəlik kimi tanınılır. Hər bir insan onkogenın daşıyıcısıdır: "Xəstəliyə tutulma teoretik olaraq hər kəs üçün labüddür. Alınan məlumatlar göstərir ki, xəstəliyin rast gəlmə tezliyi 13:100000-dir. Yəni 100000 insandan 13-ü bu xəstəliyə tutulur. Bu xəstəliyə hər bir yaşda rast gəlmək mümkündür. Uşaqlar arasında Kəskin limfoblast variantı olanlar arasında 80-85% tam saqalma ehtimalı var, kəskin miyeloblast variantı isə sümük iliyinin köçürülməsi ilə sağala bilərlər. Böyüklər isə kimyəvi preparatlarla ömürlərini üzada bilirlər yada sümük iliyin köçürülməsi ilə tam saqala bilərlər. Keçən əsrin ikinci yarsına gədər leykoz diaqnozu təsdidlənən xəstə ölümə məhkum sayılırdı. Ancaq sonralar elmin inkişafı, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicə işlərinin təkmilləşdirilməsi “ölümə məhkumluq” anlayışını aradan götürdü. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında kəskin leykozdan tam sağalma şansı 95% təşkil edir".

Azərbaycan Respublikası ərazisində təqribən 3000 yaxın müxtəlif yaş kateqoriyalı leykemiyalı xəstə vətəndaşlarımız var. Leykemiya xəstəliyinin yayılma tezliyi ölkədə  müxtəlif regionlarda olmasına baxmayaraq, lakin yeganə müalicə ocağı Bakı şəhərində olduğu üçün xəstəsi olan ailələr öz doğma yurdlarından köçüb, Bakı və Sumqayıt şəhərlərində yaşamaq məcburiyyətindədirlər. Belə olan halda onların yaşayış şəraitləri yaxşı olmadığı guman edilir, ailədə digər ailə üzvlərinin mütəmadi təhsil almaq, yaxşı işlə təmin olunmaq ehtimalı azalır. Bu vətəndaşlar xəstəliyin müalicəsinə daha cox vaxtlarını ayırdıqlarına görə ölkədə gedən siyasi-ictimai proseslərdən xəbərləri olmur və buda onların həyat səviyəsinin yaxşılaşmasına imkan vermir. Bir cox xəstələr öz hüquqlarından xəbərdar olmadıqlarına görə dövlətin onlara ayırdığı sosial imtiyazlardan istifadə edə bilmirlər. Dövlətin humanitar siyasətindən məlumatları yoxdur. Bütün deyilənləri nəzərə alıb, leykemiya xəstəsi olan ailələrin sosial vəziyyətinin öyrənilməsi və monitorinqi zəruri olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir. Hüquqlarını biləndən sonra xəstə uşaqlarına daha cox kömək edə bilərlər. Həm təhsildə həmdə sosial müdafiəsində hüquqlarından istifadə edərək leykemiyanın müalicəsində uğur qazana bilərlər. Leykemiyadan sağalan uşaqların şansları 85-90 %.

QHT sədri bildirib ki, tibb elminin inkişafı Azərbaycana təsir etdiyinə görə qan xərçəngindən əziyyət çəkən insanlar vaxtında tibb müəssisələrinə müraciət edərək adekvat müalicə alır və sağlamlığına qovuşur. Sağalmada yüksək nəticələri nəzərə alıb, bu barədə əhali arasında düzgün məlumatlandırma kampaniyasının kecirilməsi zəruridir. Bakı və Sumqayıt şəhərlərində leykemiyalı xəstəsi olan ailələr ilə görüşlər keçirilib, sorğu anketləri əsasında ailələrin sosial problemləri araşdırılıb və hüquqi yardımım göstərlməsi üçün SKY Hoteldə 26 oktyabr 2024-cü il tarixində  təlim keçirildi. Təlimdə TƏBİB-in tabeliyində olan Yeni Klinikanın Hematologiya və Sümük iliyi Transplantasiya söbəsinin müdiri Sevil Cəlilova “Leykemiya haqqında xəstələr və valideynlərin bilməli olduqları vacib məqamlar” mövzusunda, hüquqşünas Vusal Mehrəliyev Dövlət tərəfindən onkoloji-hematoloji xəstələrə verilən imtiyazlar və qanunlar haqqında məlumat verildi və iştirakçıların sualları cavablandırıldı. Qonağımız Bakı şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova Dövlətin verdiyi imtiyazlar haqqında məlumat verdi və leykemiyalı xəstə uşaqların valideynlərin suallarına cavab verdi. Təlimdə 32 nəfər  iştirak etdi.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı