BMT Azərbaycanda "İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə" mövzusunda tədbir keçirib - FOTOLAR
"İqlim Dəyişiklikləri və Məcburi Yerdəyişmə" mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi çıxış edib.
QHT.az xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin məcburi köçkünlərə təsiri geniş müzakirə olunaraq, dayanıqlı həll yollarının tapılması zərurəti vurğulanıb. Məcburi yerdəyişmə ilə bağlı risklərin azaldılması və davamlı inkişafın təmin olunması üçün iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətinə diqqət çəkilib.