Xəbərlər 28.10.2024 11:06 1432

Deputat Azər Allahverənov Kürdəxanıda vətəndaşların qaldırdıqları məsələlərlə tanış olub - FOTOLAR

26 oktyabr 2024-cü il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Kürdəxanı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinlərinin müraciətlərini dinləyib.

QHT.az xəbər verir ki, görüş zamanı sakinlər mənzil-məişət şəraiti, sosial təminat və yaşayış problemləri ilə bağlı müxtəlif müraciətlər səsləndiriblər. Deputat, hər bir müraciəti diqqətlə dinləyərək, qaldırılan məsələlərin müvafiq qurumlar tərəfindən araşdırılması üçün adiyyəti üzrə təqdim edəcəyini və onlar tərəfindən həlli üçün zəruri tədbirlərin görülməsi üçün səy göstərəcəyini bildirib.

Qəbul zamanı vurğulanıb ki, qaldırılan hər bir məsələ növbəti addımların şəffaf şəkildə həyata keçirilməsi üçün qeydə alınıb və proses barədə vətəndaşlara mütəmadi olaraq məlumat veriləcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı