COP29 Prezident Namizədi Vaşinqtona Dünya Bankı və BVF Payız Görüşlərinə qatılıb
COP29-un prezident namizədi COP29-a bir ay qalmış Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Payız Görüşlərində iştirak etmək üçün Vaşinqton şəhərinə gəlib.
QHT.az xəbər verir ki, bu görüşlər, iqlim maliyyəsinin səfərbər edilməsi və əsas islahatların həyata keçirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Qlobal ictimaiyyət ciddi geosiyasi çətinliklərlə üzləşdiyi bir zamanda, liderlərin bir araya gələrək dayanıqlı gələcəyə sadiq olduqlarını nümayiş etdirmələri daha da vacibdir. Bu müzakirələr, iqlim fəaliyyətinə olan maliyyə ehtiyacları ilə mövcud resurslar arasındakı fərqin aradan qaldırılması üçün həyati önəm daşıyır.
Pərvanə Fərhadqızı