Xəbərlər 03.10.2024 09:05 1916

Növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub - VİDEO

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi baş tutub.

QHT.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin iştirak etdiyi düşərgə hərbi simulyativ formatda keçirilib. Gənclər üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, həmçinin "Məclisi-üns" bədii gecəsi təşkil edilib. Düşərgədə fəxri qonaq olaraq Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və Olimpiya mükafatçısı Həsrət Cəfərov da gənclərlə birgə olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı