Hüquq və İnsan Haqları İnstitutu Özbəkistan Respublikasının iki qurumu ilə əməkdaşlıq memorandumu imzaladı - FOTOLAR
2 avqust 2024-cü ildə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Özbəkistan Respublikasının Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun rəhbəri Murodjon Turqunovu və Milli İnsan Hüquqları Mərkəzinin direktor müavini Mirzatillo Tillabayevi qəbul edib.
QHT.az xəbər verir ki, görüşdə M.Quluzadə İnstitutun fəaliyyətini, o cümlədən "Hüquq və insan haqları virtual kitabxanası", "Hüquqşünas alimlərə dair vahid məlumat bazası" və digər rəqəmsal resurslar barədə məlumat verib.
Sonda Hüquq və İnsan Haqları İnstitutu ilə Özbəkistanın iki qurumu arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.