Xəbərlər 17.07.2024 17:08 2706

Hüquq sahəsi üzrə alim və tədqiqatçıların vahid məlumat bazası yaradılıb

Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.

QHT.az xəbər verir ki, bu bazanın köməyi ilə istifadəçilər hüquqşünas alimlərin beynəlxalq göstəriciləri, ixtisaslaşdığı sahələri, elmi əsərləri və tədris etdiyi fənlər haqqında məlumat əldə edə biləcəklər. Qeyd edilən bazada ilkin olaraq 63 alim və tədqiqatçı haqqında məlumatlar h-indeksi beynəlxalq indikator üzrə sıralanıb. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı