Xəbərlər 12.07.2024 15:29 5363

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndələri Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyində - FOTOLAR

Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyəti Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Özbəkistana səfəri zamanı Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyində olublar. Nümayəndə heyətini səfirliyin müşaviri Mahir Cəfərov qəbul edib. Səfərin məqsədi, Özbəkistan Respublikasındakı dövlət qurumları ilə görüşlər keçirmək və türkdilli ölkələrdə mediasiya institutunun qurulması, inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmaq olub.

QHT.az xəbər verir ki, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel və Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov səfirlikdə təşkil edilən qəbul üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyinə öz təşəkkürlərini bildirib.

Səfirliyin müşaviri Mahir Cəfərov isə öz növbəsində görüşdən məmnun olduğunu qeyd edib və nümayəndə heyətinə mediasiya sahəsindəki fəaliyyətində uğurlar arzu edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı