Xəbərlər 21.06.2024 16:55 4144

Qazaxıstanlı qonaqlar Mediasiya Şurasında olub - FOTOLAR

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən Mediasiya Şurasına daxil olan təqdimat məktubu əsasında Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsolluğunun müvafiq dəstəyi ilə təşkil edilən “Ata və övladları” müsabiqəsinin qalibləri və jüri üzvləri Azərbaycan Reslublikası Mediasiya Şurasının qonağı olublar.

QHT.az xəbər verir ki, proqrama uyğun olaraq ölkəmizdə qorunub saxlanılan oğuz mədəniyyəti, ənənələri, ailə dəyərləri ilə tanış olmaq ve "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin proqramında iştirak etmək məqsədilə ölkəmizə səfər edən Manqistau vilayətinin Ağsaqqallar ve Xalq Nəzarəti Șurasının sədri Onaybek Abdilov, eləcə də Manqistau vilayət Xalq Assambleyasının sədri, Mediasiya Təşkilatının rəhbəri, Ağbirçəklər Şurasının katibi Amangül Abdiqaliyevna təşkilatın fəaliyyəti ilə tanıolub və görüşdən məmnun olduqlarını bildirib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Mediasiya Şurası İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd və təşkilatla əməkdaşlıq edən mediatorlar qonaqları salamlayıb və onlarla 2 ölkənin mediasiya sahəsindəki fərqlər, inteqrasiya və mediasiya sahəsinin gələcək inkişafı və Türk Dünyası Mediatorlar Birliyi (Türk Dünyası Arabulucular Birliği) çərçivəsində görülən işlər və perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı