Xəbərlər 21.06.2024 11:49 2931

İnstitutun əməkdaşı Səmərqənddə keçirilən İnsan Hüquqları Forumunda iştirak edib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı Özbəkistanın Səmərqənd şəhərində “Ekoloji çağırışlar: dəyişən dünyada insan hüquqlarının gələcəyi, davamlı həll yollarının tapılması” mövzusunda təşkil olunan İnsan Hüquqları Forumunda iştirak edib.

QHT.az xəbər verir ki, məruzədə Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərində fəal iştirak etdiyi, Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirdiyi, həmçinin iqlim dəyişikliyinə uyğunlaşmaq üçün genişmiqyaslı islahatlar apardığı qeyd olunub. Həmçinin, Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin artırılması üzrə təşkil etdiyi tədbirlərə də toxunulub və hüquqi tövsiyələr öz əksini tapıb.  

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı