Xəbərlər 13.06.2024 02:00 1010

İnsan böyrəkləri Marsa səfərdən sağ qala bilərmi? Yeni araşdırma riskləri ortaya qoyur

UCL-də aparılan araşdırma, uzunmüddətli kosmos missiyalarının astronavtların böyrək sağlamlığına ciddi təhlükə yarada biləcəyini müəyyən edib.

QHT.az xəbər verir ki, 20 tədqiqat qrupunun məlumatlarından istifadə edilən bu araşdırmada, kosmosda bir neçə simulyasiya və aşağı Yer orbit missiyası analiz olunub. Siçanların Marsa 1,5 və 2,5 illik missiyalara bərabər radiasiya dozalarına məruz qaldığı sınaqlar xüsusi əhəmiyyət kəsb edib.

Nəticələr göstərdi ki, mikroqravitasiya şəraitində böyrəklər "remodeling"ə məruz qalır və kosmosda bir aydan sonra spesifik böyrək boruları quruyur. Kosmosda böyrək daşlarının yaranmasının səbəbləri də dəyişir. Dr. Keith Siew və professor Steven B. Walsh, astronavtların böyrəklərini qorumaq üçün yeni üsulların inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı