Xəbərlər 23.05.2024 17:14 1476

“Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

QHT.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycanın strateji inkişaf planları və Qərbi Azərbaycandan olan insanların hüquqlarının bərpası barədə danışıb.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri vəzifəsini icra edən Kamal Cəfərov Qərbi Azərbaycan mövzusunun aktuallığı və bu istiqamətdə fəaliyyət haqqında ətraflı məlumat verib. Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev və digər çıxışçılar Qərbi Azərbaycan həqiqətləri və bu istiqamətdə gənclərin rolunu vurğulayıblar. Konfransda “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda təqdimatlar və məruzələr təqdim edilib. Tədbirə DİA-nın müşaviri Zaur Məmmədov moderatorluq edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı