Xəbərlər 17.05.2024 01:09 1222

Sallivan vətəndaşları Həmas tərəfindən girovluqda olan 17 ölkə ilə danışıqlar aparıb

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan dünən vətəndaşları Həmas yaraqlıları tərəfindən girov götürülən 17 ölkənin səfirləri ilə görüşüb, Ağ Ev bildirib.

QHT.az xəbər verir ki, sözügedən ölkələr bunlardır: Avstriya, Argentina, Bolqarıstan, Braziliya, Macarıstan, Almaniya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Böyük Britaniya, Tailand və Fransa.

"Qrup, HƏMAS-a girovları dərhal azad etmək üçün kollektiv çağırışını və böhrana son qoymağın yollarını müzakirə edib", - Ağ Evin bəyanatında deyilir. Sallivan həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden İsrail, Qətər və Misir liderləri ilə qarşılıqlı əlaqəni davam etdirir, atəşkəsə nail olmağa və girovların azad edilməsinə dair razılaşma əldə etməyə çalışır.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı