Xəbərlər 06.05.2024 16:16 1956

Bərdə 1 saylı mediasiya təşkilatı️nda monitorinq aparılıb - FOTOLAR

Mediasiya Şurası Qanunvericilik, normativ - hüquqi aktlar, Şuranın Nizamnaməsi və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir.

QHT.az xəbər verir ki, 5 sentyabr 2019-cu il “Mediatorların peşəkar etik davranış Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI (https://e-qanun.az/framework/43221) mediasiya təşkilatları və mediatorlar tərəfindən icrasının monitorinq edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılmasına nail olmaq, əldə edilmiş uğurların isə qiymətləndirilməsi məqsədi ilə Mediasiya Şurası İdarə Heyətinin 26 fevral 2024-cü il tarixli Qərarı ilə Mediasiya Şurasının Etika Komitəsinə həvalə edilib.

Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov tərəfindən Bərdə şəhərinə səfər zamanı Bərdə 1 saylı mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu öndər ehtiramla anılıb və abidə önünə gül dəstələri qoyulub.

Təqvim planına əsasən Bərdə 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Bərdə 1 saylı mediasiya təşkilatının rəhbəri Müşfiq Mehdiyev və Bərdə 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak edib.

Müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilib. Həmçinin mediatorlar Bərdə İcra Hakimiyyətinin 1-ci müavini İlham Məmmədovla görüşüb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı