Xəbərlər 18.04.2024 12:38 1088

Azərbaycanın Milli Qəhrəmanı - şəhid İsgəndər Aznaurovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan İsgəndər Aznaurov 1993-cü il aprelin 18-də Gədəbəy istiqamətindəki döyüşlər zamanı düşmənin demək olar ki, bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarıb və qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlib. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb və Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başladıqdan sonra 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. “Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası və canlı qüvvəsini məhv edib. Səhhətindəki problemlərə baxmayaraq müalicə almaqdan imtina edib ön cəbhəyə yollanan İsgəndər Aznaurov şəhid olur.Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı