Xəbərlər 04.04.2024 17:02 1334

Sosial xidmət müəssisəsində görmə qabiliyyəti məhdud 100-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslər də reabilitasiya xidmətləri ilə təmin olunur.

 

Müəssisənin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində son üç ildə bu kateqoriyadan olan 100-dən çox şəxsə müxtəlif reabilitasiya xidmətləri göstərilib.

 

Burada əlilliyi olan 5-29 yaşlı şəxslər reabilitasiya və abilitasiya xidmətlərinə cəlb edilir. Onlar müəssisəyə stasionar və yarımstasionar formada qəbul olunur.

 

İlkin qiymətləndirmə nəticəsində müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq onlara tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı