Xəbərlər 29.03.2024 18:24 2716

BSU -da 31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib

Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında qısa məlumat verib. 

Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, tarix elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər hadisələri: tarixi paralellər və tarixin ibrət dərsləri”, Azərbaycan multikulturalizm və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Qanlı martın pərdə arxası" , Qərbi Avropa Dilləri fakültəsinin dekan müavini Günel Üstündağ “1918-ci il Mart soyqırımına hüquqi-siyasi qiymətin verilməsi”, Diplomatiya və xarici siyasət kafedrasının baş müəllimi Pərvin Sadıqlı “Beynəlxalq hüquqda Soyqırım aktı və erməni terrorizmi” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda soyqırımla əlaqədar tarixi faktlar diqqətə çatdırılıb, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, Ümummilli Lider Heydər Əliyevin bu soyqırımla bağlı verdiyi Fərman haqqında məlumat verilib. Həmçinin, Quba soyqırımı və ermənilərin törətdikləri digər soyqırım cinayətləri, eləcə də beynəlxalq soyqırım aktından söz açılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı