Xəbərlər 29.03.2024 15:08 3193

QHT sədri quru sərhədlərin arxasında qorunan həyatlar, teror təhlükəsinə qarşı Azərbaycanın mübarizəsindən danışdı 

“Dünya “əməli virus”, terrora  qarşı ciddi mübarizə aparır. Quru sərhədlərin bağlı qalması labüddür. Dünya ölkələri terrordan ciddi şəkildə əziyyət çəkir”.

Bu sözləri Ekspert Mərkəzi İctimai Birliyi sədri Ceyhun Musaoğlu QHT.az-a açıqlamasında bildirib. QHT sədri qlobal təhlükə olduğunu vurğulayır və sərhəd təhlükəsizliyinin həyati əhəmiyyət daşıdığını bildirir. O, Rusiyada baş verən tacik terror hadisəsi ilə ölkəmizdəki sui-qəsd arasında paralellər apararaq, region ölkələrinin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıdığını vurğulayır: “Rusiyada 4 nəfər tacikin əli ilə baş verən terror hadisəsi, ölkəmizdə icra başçısına qarşı sui-qəsd hadisəsinin qarşısının alınması faktı ciddi təəssüf hissi doğurur. Bu faktlar region ölkələrini  vətəndaşlarının təhlükəsizliyini daha ciddi şəkildə qorumağa vadar edir. Azərbaycan üçün isə vətəndaşlarının təhlükəsizlik məsələsi  ən əsas prioritetlərdən biridir. Ölkəmiz tərəfindən 30 illik işğala son qoyulması faktı bəzi ölkələr tərəfindən alqışlansa da, Ermənistandan bir “maşa” kimi istifadə etmək istəyən ölkələr tərəfindən pisləndi. Həmin ölkələr bu aqressiyaları ilə Azərbaycana qarşı məkrli planlarından əl çəkmirlər. Onların ölkəmizə təxribat planlarına qarşı ciddi tədbirlər görülür. Antiterror hadisələri zamanı ölkədən çıxarılan quldurların bir qismi hələ də Ermənistanda qalıb. Əgər quru sərhədlər açıq olsa, həmin qüvvələrin ölkəmizdə təxribat törətmək ehtimalları daha çoxdur”.

Ceyhun Musaoğlu həmçinin bildirib ki, quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına ciddi zərbə vurur: “Ancaq buna baxmayaraq Azərbaycanda hökm sürən sabitlik naminə hökumət belə bir qərar verib. Çünki milyonlarla insanı terror təhlükəsi altında qoymaq olmaz. Terror təhlükəsinə qarşı nəinki quru sərhədlər bağlı qalmalı, hətta daha ciddi addımlar da atılmalıdır”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı