Xəbərlər 28.03.2024 21:44 5182

Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib - FOTOLAR

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in rəsmiləri, Milli Məclisin deputatları, aidiyyəti vətəndaş cəmiyyəti institutlarının nümayəndələri (Vərəm əleyhinə QHT Koalisiyasının) və digərləri iştirak ediblər. Əvvəlcə "Stop Vərəm'" Tərəfdaşlığının ("Stop TB" Partnership) icraçı direktoru Luçika Ditiunun tədbir iştirakçılarına ünvanladığı videomüraciəti təqdim edilib.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qeyd edib ki, elmi-praktik konfransın məqsədi ökəmizdə və dünyada vərəm ilə bağlı mövcud vəziyyətinin müzakirəsi, bu problemə diqqəti yönəlməsidir. Öz çıxışlarında Mili Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, ETAXi-nin direktoru İradə Axundova, Vərəm əleyhinə QHT Koalisiyasının üzvü Samirə Muxtarova və digərləri tədbirdə müzakirə olunan mövzuların vacibliyini vurğulayıblar.

Sonda geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı