Xəbərlər 28.03.2024 21:25 2168

Azərbaycanda yeni televiziya açılır - DOST TV - FOTO

Bu gün sosial şəbəkələrdə geniş yayılan #DostunGəlir həştəqi müzakirələrə səbəb olub. Hər kəs bu ifadənin nəyi bildirməsi barədə öz versiyalarını qeyd edib.

QHT.az bakupost.az-a istinadən xəbər verir ki,  bu, ƏƏSMN-in yeni layihəsi olan DOST TV-nin yaxın günlərdə yayıma başlaması ilə baglıdır. TV ölkəmizdə ilk sosial televiziya kimi internet üzərindən yayımlanacaq. Məqsəd nazirliyin fəaliyyətinin geniş ictimaiyyətə çatdırılması ilə yanaşı, sosial məsələlərlə baglı sualları olan vətəndaslara platforma vermək, problemlərin operativ həllinə dəstək və müraciətləri cavablandırmaqdır.

Yayımın nə zaman başlayacagı barədə məlumat verilmir. İnternet televiziyaya tanınmıs TV produseri ve rejissoru Nazim Şərbətov rəhbərlik edəcək.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı