Xəbərlər 28.03.2024 16:10 3600

QHT sədri Rusiya - Azərbaycan arasındakı siyasi münasibətlər və ideoloji təsirlərdən danışdı

“Bu terror aktının törədilməsi Azərbaycanın siyasi və mədəni münasibətlərinə heç bir mənfi təsirini göstərə bilməz deyə düşünürəm. Azərbaycanın  ən azı son dövrlər Rusiya ilə münasibətləri həmişəkindən daha üst səviyyədədir”.

Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib. Rusiya və Azərbaycan arasında yaşanan terror hadisələri, bu hadisələrin siyasi və mədəni münasibətlərə olan təsiri haqqında danışan QHT sədri bildirib ki, Qərb bu münasibətlərə görə Azərbaycana hətta təzyiqlər edir, Rusiyanın yanında olmaqla günahlandırır: “Düşürəm ki, Rusiya bu məsələdə Azərbaycanı günhalandıra bilməz. Çünki Azərbaycan mövqeyi bəlli olan ölkələrdəndir. Azərbaycan sülh, əminamanlıq və rifahı düşünən, qonşular ilə sülh şəraitində yaşamağı sevən bir ölkədir”.

Səbinə Kərimova həmçinin bildirib ki, Vladimir Solovyov öz ampulasında davam edir, baxmayaraq ki, dəfələrlə eyni vəziyyət təkrar olub, hətta danışdıqları sözlərə görə Azərbaycandan üzr də istəyib: “Onun Azərbaycana qarşı mövqeyi bəllidir, çünki ermənipərəst biridir. Hətta onun kimi bir neçə nəfər var ki, Azərbaycana qarşı hər zaman hədə dili ilə danışırlar. Məsələ ondadır ki, Solovyov və onun kimiləri hesab edirlər ki, Rusiyanın imicini ilk olaraq Azərbaycan yerlə bir edib. Bunu özləri etiraf edirlər. Azərbaycan öz ərazilərini Rusiyanın qarşı çıxmasına rəğmən 44 günlük müharibədə azad etməklə, Ermənistanın sahib olduğu rus hərbi texnikalarını müasir silahlarla məhv etməklə Rusiyanın imicinə elə bir zərbə vurdu ki, bundan sonra Rusiya dünya çapında  öz gücünü və imicini itirdi. Bu isə onlar üçün bağışlanılmazdır. Çünki bizim hər birimiz 44 günlük müharibə zamanı Salavyovun Azərbaycana qarşı mövqeyini və onun danışdıqları cəfəngiyyatların şahidi olmuşuq. Onun kimilər hər zaman Azərbaycanı vurmaq üçün məqam gözləyir. Ancaq çox gözləməli olacaq və biz Salavyovun üzürlərini bundan sonra da eşidəcəyik”.

 

 

Pərvanə Fərhadqızı   


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı