Xəbərlər 27.03.2024 14:28 2132

"Dağıdıcı niyyətlərini həyata keçirmək üçün fürsət axtarırlar" - QHT sədri

"Bu günlərdə ölkəmizdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhdin vaxtında qarşısının alınması bir daha göstərir ki, bu cür həssas dövrdə açıq quru sərhədləri ölkələrində terror hadisələri hansı riskləri yarada bilər".

QHT.az xəbər verir ki, bu sözləri Müasir İnternet Resuslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal dövlətin informasiya təhlükəsizliyi ilə bağlı önəmli məsələrdə vətəndaş və cəmiyyətlərinin dəstəyinin vacibliyinə diqqət çəkərək fikirlərini paylaşıb: "Bütün bunların fonunda aydın şəkildə demək olar ki, hər bir Azərbaycan vətəndaşı gözü açıq olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan dövləti dinamik inkişaf yolu ilə dünyaya uğurla inteqrasiya edir. Belə bir şəraitdə gözü götürməyən qonşularda müxtəlif formalarda çirkin niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçirlər. Bu və ya digər formalarda məkrli, dağıdıcı niyyətlərini həyata keçirmək üçün fürsət axtarırlar. Ona görə də belə halların baş verməməsi üçün hər birimiz birlik əzmində olmalıyıq. Bu arada informasiya təhlükəsizliyi məsələsinə də həssaslıqla yanaşmaqda fayda var. Təxribata meyli qruplar adətən sosial şəbəkə üzərindən və yaxud müxtəlif sosial media platformaları ilə insanların inamını, güvənini qazanmağa, onların potensial imkanlarından bəhrələnməyə çalışırlar ki, bu da nəticədə terror və digər xoşagəlməz hallara yol aça bilər. MİRİİB olaraq dəyərli vətəndaşlarımıza tövsiyəmiz odur ki, əldə etdikləri informasiyanı yayarkən diqqətli olsunlar. Mənbəyi məlum olan dəqiq və qərəzsiz informasiyalara üstünlük versinlər".

QHT sədri sonda dəyərli həmvətənlərinə səslənib ki, gəlin birlikdə dezinfeksiya hallarına yol verməyək: "İnformasiya təhlükəsizliyimiz bizim də təhlükəsizliyimizdir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı