Xəbərlər 27.03.2024 14:18 2478

"Solovyovun nifrət hissini artırmaq ümidi ilə sübutsuz verdiyi açıqlamaları yolverilməzdir" - QHT sədri

"Terror bütün forma və təzahürlərində beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ən ciddi təhdidlərdən biridir. Biz Moskvada ‘’Crocus City Hall’’ da baş vermiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Bütün Rusiya xalqına, həlak olanların yaxınlarına, günahsız qurbanların ailələrinə, Rusiya Federasiyasının xalqlarına və hökumətinə təşkilatın xanımları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. törədilən bu qeyri-insani terror aktından zərər çəkənlərin hamısına tezliklə şəfa diləyirik".

Bu fikirləri "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, dinc əhaliyə qarşı hücumlar həmişə qəbuledilməzdir: "Heç bir əsası ola bilməyən günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi və bu zorakılığın planlaşdırılmasında və törədilməsində iştirak edənlərin hamısı müəyyən edilərək, layiqli cəzalarını almalıdırlar. Bizi narahat edən səbəblərdən biri də Rusiyada bəzi şəxslərin Azərbaycan əleyhinə apardıqları kampaniyalardır. Təbliğatçı V.Solovyov öz çıxışında eyhamları ilə Azərbaycana qarşı informasiya təxribatını yayır. Biz V.Solovyovun kim olduğunu çox yaxşı bilirik. Ermənipərəst olduğunu və Azərbaycana olan nifrətini də bilirik, lakin bu nifrətini efir vasitəsilə, jurnalist etikasından kənar, Moskvada yaşayan azərbaycanlılara nifrət hissini artırmaq ümidi ilə sübutsuz verdiyi açıqlamaları yolverilməzdir. Biz birmənalı şəkildə, efir vasitəsilə xalqımızdan üzr istəməsini tələb edirik".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı