Xəbərlər 27.03.2024 13:06 1268

Xocalıya ilk köç bu tarixdə olacaq

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

 

QHT.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

 

O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:

 

“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı