Xəbərlər 19.03.2024 18:42 7436

Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 

Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 

 

Masallı rayonunun ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib. 
Silsilə tədbirlər çərçivəsində ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, müxtəlif nominasiyalar üzrə müsabiqələr və s. təşkil edilib. 
Tədbirlərdə milli birlyimizin nişanəsi olan Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti barədə şagirdlərə məlumat verilib.  
Həmçinin Novruz bayramına aid mahnılar, şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə xüsusi rəng qatıb.   
Bayram tonqalı ətrafında məktəblilər yallı gedib, rəqs ediblər.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı