Xəbərlər 19.03.2024 11:45 5779

"Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb" - EKSPERT

Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb. Uzun müddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8 faizdən 7.75 faizə endirilib: "Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlar ilə müqayisədə cəmi 0.05 faiz aşağı olmasıdır. Bu qısa müddətli yerləşmələrə marağın artmasına orta müddətli notlara tələbin azalmasına səbəb ola bilər. Ayıdındır ki, Mərkəzi Bank orta və uzun müddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu maliyyə qərarları baxımdan da vacibdir. Bu baxımdan, qısa və orta müddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı