Xəbərlər 19.03.2024 00:26 1291

UNEC kollektivi Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb - FOTOLAR

UNEC kollektivi bu il də ənənəsini davam etdirərək, Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

QHT.az xəbər verir ki, rektor prof. Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək, onlara uzun ömür, cansağlığı arzulayıb.

Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar qarşısında şən musiqilər ifa ediblər, eyni zamanda onlarla birlikdə rəqs edərək, ahıl sakinlərə sevinc bəxş ediblər. UNEC-in tələbəsi Rəvan Əliyevin müəllifi olduğu “Ana” şeiri isə hər kəsə duyğulu anlar yaşadıb.

Müəssisənin ağsaqqal sakinləri səsləndirdikləri musiqi və şeirləri ilə hər kəsin qəlbində unudulmaz izlər qoyublar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı