Xəbərlər 18.03.2024 20:27 1188

QHT könüllüləri Lənkəran şəhərində keçirilən “NovruzFest”də - FOTOLAR

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin “Gənclər paytaxtı” Lənkəran şəhərində keçirilən “NovruzFest”də “Regional İnkişaf” İctimai Birliyinin Lənkəran-Astara regionu üzrə könüllüləri də iştirak edib.

QHT.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən Heydər Əliyev xatirə parkında təşkil olunan festivalda Gənclər Evlərinin Novruz sərgisi, bölgələrdən olan gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor nümunələri, musiqi ifaları, nümunəvi idman çıxışları və dronlarla hazırlanmış şou nümayiş etdirilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı