Xəbərlər 18.03.2024 02:11 1039

Rayonlarda “Yaşıl könüllü”lər seçilib, ağacəkmə aksiyası keçirilib - FOTOLAR

“Yalnız bir DÜNYA” layihəsinin icrası məqsədilə “Yaşıl könüllü”lər seçilir.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr, 2023-cü il tarixli sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Uşaq Səfirlər Məclisinin regional və yerli məktəb nümayəndəlikləri üçün başlatdığı “Yalnız bir DÜNYA” adlı layihə çərçivəsində Qubadlı rayonunda “Yaşıl könüllü” seçilib.

Rayon üzrə seçilən 20 yaşıl könüllü il ərzində müəyyən olunmuş istiqamətdə işin təşkilində birbaşa iştirakı və nəzarəti həyata keçirəcəklər.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və ümumtəhsil müəssisələrinin dəstəyi ilə həyata keçirilən layihə üzrə yaşıl könüllülər hər rayonda Məclisin regional nümayəndələri və yerli İcra Hakimiyyəti orqanı tərəfindən say məhdudiyyəti olmadan seçilir.

Uşaq Səfirlər Məclisinin Beyləqan və Qəbələ üzrə regional nümayəndələrinin təşəbbüsü ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada regional nümayəndələr ilə yanaşı, rayonlar üzrə fəal uşaqlar və məktəblilər iştirak ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı