Xəbərlər 04.03.2024 20:22 1912

QHT-nin keçirdiyi şəxsi inkişaf təlimləri başa çatıb - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı çərçivəsində keçirilən şəxsi inkişaf təlimləri başa çatıb.

QHT.az xəbər verir ki, Proqram üzrə Şamaxı rayonunda təşkil edilən təlim “Karyera planlaması” mövzusuna həsr edilib. Təlimçi Solmaz Həsənova karyera planlaması zamanı hədəfin müəyyən edilməsi, seçilən peşə üzrə günün tələblərinin nəzərə alınması, müraciət istiqaməti üzrə müsahibələrə hazırlaşma və uyğun geyimin seçilməsi, müsahibələrdə bədən dili davranışları və digər vacib məqamlarla bağlı könüllülərə geniş məlumat verib. Təlimin davamında könüllülərin komandalar şəklində praktik olaraq təşkil etdikləri müsahibə prosesləri təlimçi tərəfindən qiymətləndirilərək düzgün və yalnış davranışlar ətrafında fikir mübadiləsi aparılıb.

Sabirabad rayonunda isə könüllülərə təlimçi Rəşad Qurbanov tərəfindən “Karyera planlaması və yumşaq bacarıqlar” mövzusunda təlim keçilib.

Xatırladaq ki, proqram gənclər arasında könüllülük fəaliyyətini təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədilə həyata keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı