Xəbərlər 01.03.2024 00:04 1598

Vəkillər Kollegiyasının üzvləri üçün ixtisasartırma kursu keçirilib - FOTOLAR

29 fevral 2024-cü il tarixində Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının Akademiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Sosial təminat hüququ və məhkəmə mübahisələri” mövzusunda hibrid formada ixtisasartırma kursu keçirilib.

QHT.az xəbər verir kki, 44 vəkilin iştirak etdiyi təlimin proqramında nəzərdə tutulan mühazirə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev tərəfindən tədris edilib. İxtisasartırma kursunda təlimçi tərəfindən sosial müdafiənin istiqamətləri, Azərbaycanın sosial təminat sistemi, pensiya təminatı sahəsində problemlər, sоsiаl хidmətin fоrmа və növləri və s. haqqında məlumat verilib.

Qeyd edək ki, kurs iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı