Xəbərlər 29.02.2024 20:54 1400

“Düzgün karyera quruculuğu və onun idarə olunması” mövzusunda təlimlər keçirilib - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyi könüllülük proqramı çərçivəsində Gəncə, Mingəçevir şəhərləri və Qazax rayonunda da təlimlər həyata keçirilib.

QHT.az xəbər verir ki, Mingəçevirdə təşkil olunan təlim “Düzgün karyera quruculuğu və onun idarə olunması” mövzusuna həsr edilib. Təlimçi Coşqun İsmayılov könüllülərə karyera quruculuğu, onun konseptual əsasları, böhranlı vəziyyətin idarə edilməsi, iş axtarma texnikaları haqqında geniş məlumat verərək, peşəkar CV hazırlanmasını praktik izah edib. Könüllülər, həmçinin müsahibə bacarıqları haqqında yeni biliklərə yiyələnərək, mövzu üzrə simulyasiya həyata keçiriblər.

Gəncə və Qazaxdan olan könüllülər isə “İş mühitində psixologiya və stressin idarə olunması” mövzusunda təlimdə iştirak ediblər. Mövzu ilə bağlı təlimçi Selcan Hüseynova tərəfindən vacib məqamlara aydınlıq gətirilib, könüllülərin iştirakı ilə forum tamaşa təşkil olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı