Xəbərlər 28.02.2024 00:50 1590

Könüllülər “Karyera planlaması” təlimində iştirak ediblər - FOTOLAR

"Regional İnkişaf" İctimai Birliyinin könüllülük proqramı üzrə növbəti təlimlər Bakı, Şirvan şəhərləri və Lənkəran rayonunda təşkil olunub.

QHT.az xəbər verir ki, Bakı və Şirvan üzrə yeni fəaliyyətə başlayan könüllülər “Karyera planlaması” təlimində iştirak ediblər. Təlimçi Fəxrəddin Abdullayev tərəfindən könüllülərə karyera planlaması nədir, metodları hansılardır, işçilərin qiymətləndirilmə meyarları, karyera planlamasının işçi və şirkət üçün vacibliyi kimi mövzular haqqında ətraflı məlumat verilib.

Lənkəranda “Fərdi inkişaf üçün SWOT/SMART təhlil” mövzusunda keçirilən təlimdə könüllülər təlimçi Rafət Şirəliyev tərəfindən şəxsi inkişaf planlamasında məqsəd və hədəflərin daha dəqiq müəyyən edilməsi və təhlilinin aparılması, daxili, həmçinin kənar amillərin təsirindən yaranan cəhətlərin öyrənilməsi istiqamətində geniş məlumatlandırılıblar. Tədbirin davamında könüllülər mövzu üzrə komanda şəklində təqdimatlar hazırlayıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı