“...xarici ölkədə yaşayan şəxslərin öz Ana dillərini unutmamaqlarına kömək olacaq” - VƏKİL
“Son zamanlar ana dilinin inkişafı ilə bağlı kfayət qədər tədbirlər görülür. Tutaq ki TV –də əvvəllər türk serialları, yaxud rus dilində baxmağa öyrəşdiyimiz filmlərin azərbaycanca tərcüməsi dilin inkişafına təkan verən amillərdəndir”.
Bu fikirləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadə QHT.az-a açıqlaması zamanı bildirib. Vəkil qeyd edib ki, öz həyatımızdan da görürük ki, azyaşlı uşaqlar baxdıqları dilə daha çox meyillidirlər: “Onlar kinolara, cizgi filmlərə, sənədli filmlərə rus və yaxud türk dilində baxdıqları təqdirdə o dilə daha çox meyl göstərirlər, o dilə uyğunlaşırlar. Ona görə dövlət tərəfindən belə tədbirin görülməsi məhz dilin inkişafına hesablanmışdır. Azərbaycan Respublikası ərazisində yaşayan xalqların da öz ana dilində danışmaqlarının kitablar, qəzetlər dərc eləmələrinə şərait yaradır. Bu da təbii olaraq dövlətin konstitusiyada öz üzərinə götürdüyü vəzifələrin icra etməsi ilə bağlı olan bir amildir. Beynəlxalq aləmdə isə düşünürəm ki daha çox deasporanın üzərinə düşən məsələdir. Yəni deasporamız Azərbaycanlıların çox yaşadığı regionlarda, ərazilərdə Ana dilimizdə qəzet kitabların dərc edilməsinə köməklik etsə Ana dilinin inkişaf elətdirməsi üçün və uzun müddət xarici ölkədə yaşayan, artıq oranın vətəndaşı olmuş şəxslərin öz Ana dillərini unutmamaqlarına kömək olacaqdır”.
Pərvanə Fərhadqızı